Ermənilər Ağdamda təlim keçir
04
may
2019
15:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində Ermənistan ordusunun Qarabağda dislokasiya olunan hərbi birləşməsinin tank briqadası döyüş atışlı taktiki təlim keçirib. BAKU.WS Ordu.az-a istinadən xəbər verir ki, təlimin gedişatını Qarabağdakı erməni ordusunun hərbi birləşmə komandirinin 1-ci müavini polkovnik Samvel Poğosyan izləyib. Təlimin senarisinə görə, geri çəkilən bölmələr tank birliklərinin dəstəyi ilə əks hücuma keçərək itirilmiş mövqeləri bərpa edib. Qeyd: Təlimə cəlb edilən tank briqadasının Xocalı yaşayış məntəqəsindəki hava limanına yaxın ərazidə dislokasiya olunan 49-cu tank briqadası, 46677 nömrəli hərbi hissə olduğu ehtimal olunur. Hərbi hissə komandiri polkovnik Tatul Hayrapetyandır.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistanın müharibə qərarına CAVAB - 20 min hərbçi, 200 tank...
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli...