Azərbaycan ordusunun tankları işə düşdü (FOTO)

Azərbaycan ordusunun tankları işə düşdü (FOTO)
Siyasət 2439

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə, çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edir. Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edəcək və ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücülər seçiləcək. Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Türkiyə ordusu hücuma keçdi

Türkiyə ordusu hücuma keçdi

Türkiyə ərazisində yerləşən Cebel əl-Aqra dağından Suriya ərazisi atəşə tutulub. BAKU.WS anspress-ə istinadən bildirir ki, Rusiya kütləvi informasiya vasitələr...

4995 Hadisə 13:27 29 noyabr 2015

Son xəbərlər