Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir (VİDEO)

Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir (VİDEO)
Video
Siyasət 1011
Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir. Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər