Erməni müxalifət lideri Jirayr Sefilyan: “Vaqner” artıq Ermənistandadır”
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvləri artıq Ermənistandadırlar.
Ermənistan mediasının məlumatına görə, bunu erməni müxalifət lideri, “Milli demokratik qütb” hərəkatının nümayəndəsi Jirayr Sefilyan bildirib.
Onun sözlərinə görə, bu, etibarlı məlumatdır.
“Vaqner”çilərin Ermənistana gəlməsi ilə bağlı xəbərlər var. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdiyini də bilirik, onlara rəhbərlik edən şəxsin üç gün əvvəl “Ani” hotelində kiminlə görüşdüyü də bizə məlumdur. Bunlar tanınmış simalardır, amma indi adlarını çəkməyəcəyəm”, - deyə Sefilyan bildirib.\\oxu.az
Oxşar xəbərlər
Lukaşenko “Vaqner”çilərin sonrakı taleyinə aydınlıq gətirdi
“Yevgeni Priqojinin ölümünə baxmayaraq, “Vaqner” özəl hərbi şirkəti Belarusda qalacaq”. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Alek...