Ərəb ölkələri ilə Qətər arasındakı böhrana son qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Tərkibinə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (GCC) iştirakçıları Səudiyyə Ərəbistanının Əl-Üla şəhərində keçirilən zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə saziş imzalayıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüşü “Al Arabiya” telekanalı canlı yayımlayıb.
Yanvarın 4-də Küveyt xarici işlər naziri şeyx Əhməd Nasser əs-Sabah tərəfindən elan edilən barışıq sazişi Doha ilə münasibətlərin normallaşdırılmasına istiqamətlənib və blokadanın aradan qaldırılmasını, Qətərlə hava məkanının, dəniz və quru sərhədlərinin açılmasını təmin edir.
Oxşar xəbərlər
Azərbaycanlı xanım Birləşmiş Ərəb Əmirliklərinin Nazirliyində vəzifəyə təyin olundu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Universitetinin “Beynəlxalq əlaqələr” kafedrasının müəllimi, şərqşünas alim, əslən Cəbrayıl rayonundan olan Şəhriza...