Ərdoğan Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.
Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Qabon arasında "Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol"u da təsdiqləyib.
Hər iki sənəd imzalandığı gündən qüvvəyə minib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Böyük Ermənistan" xülyası necə uydurulub?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rusiya niyə ermənilərə "qarant" oldu?" adlı...
