Ərdoğan ABŞ-a səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək.
BAKU.WS "Star" nəşrinə istinadən xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.
Qeyd olunur ki, Türkiyə Prezidenti Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir.
Bundan əlavə, Türkiyə Prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.
Oxşar xəbərlər
Bayram günləri milyonlar qazanacaqlar - QİYMƏTLƏR
Türk müğənnilərinin Qurban bayramındakı səhnə qiymətləri açıqlanıb. BAKU.WS olay-a istinadən xəbər verir ki, bununla bağlı "Posta" qəzeti məlumat yayıb. Bildiri...