G20 ölkələri hansı mövzuda razılığa gəldilər? - Kommunike
Romada keçirilən "Böyük iyirmilik" (G20) sammitində yekun Kommunike qəbul edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, G20 ölkələri iqlim dəyişikliyinin 1,5 dərəcədən çox olmamaqla məhdudlaşdırılması barədə razılığa gələ biliblər.
Kommunikeyə əsasən, 21-ci əsrində ortasında iqlim dəyişikliyinin əsas səbəbi olan atmosferə karbon qazının atılması tamamilə dayandırılacaq.
G20 liderləri pandemiya şəraitinə yeni vaksinlərin hazırlanması müddətinin 300 gündən 100 günə qədər azaldılması barədə də razılığa gəliblər. Eyni zamanda kifayət qədər COVİD-19 vaksini istehsal edən G20 ölkələri vaksinin ədalətli bölgüsünə çalışacaqlar.
Sənəddə qeyd olunub ki, G20 ölkələri iqtisadiyyata təsir göstərən qlobal çağırışlara qarşı çıxacaq, tədarük zəncirinin pozulmasına imkan verməyəcək.
Oxşar xəbərlər
Bill Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı: Yalnız bu halda...
"Microsoft"un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts təkcə texnologiya sahəsi ilə maraqlanmaqla kifayətlənmir, eyni zamanda koronavirus...