36 ölkə birləşərək yardım istədi
Hazırda G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədilə 36 ölkə borclarının ertələnməsi üçün bu təşkilatın katibliyinə müraciət edib. Krallığın Maliyyə naziri bu məlumatı G20 ölkələrinin maliyyə məsələləri üzrə işçi qrupunun virtual iclasında verib.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, G20 ölkələri qrupunun nəzdində yaradılmış Borc Xidmətlərinin Dayandırılması Təşəbbüsü (DSSI) ağır sosial-iqtisadi vəziyyətə düşmüş ölkələrə təcili yardım göstərilməsi məqsədilə artıq 14 milyard dollar həcmində vəsait ayırıb. Qeyd olunub ki, BMT-nin də müraciətinə uyğun olaraq, Afrika ölkələrinin dövlət borclarının ertələnməsi prioritet vəzifədir.
Səudiyyə Ərəbistanı G20-nin sədri kimi BMT-nin təşəbbüsü ilə keçirilən “COVID-19 pandemiyası dövründə və sonra inkişafın maliyyələşdirilməsi” adlı virtual iclasda da pandemiyadan sonra qlobal iqtisadiyyatın dirçəldilməsi, maliyyə problemlərinin həlli məsələlərinin müzakirəsində iştirak edib. Krallığın Maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib ki, onun ölkəsi bu məqsədlə beynəlxalq təşkilatlara 500 milyon dollar ayırıb. O əlavə edib ki, pandemiya ilə mübarizəyə əlavə 8 milyard dollar vəsait tələb olunur. Əl-Cədaan varlı ölkələri bu ağır vəziyyətdə Afrika və Latın Amerikası dövlətlərinə yardım etməyə çağırıb.
Oxşar xəbərlər
Türkiyənin ən varlı şəxsləri məlum oldu - SİYAHI
“Forbes” Türkiyənin ən varlı şəxslərinin siyahısını tərtib edib. BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, siyahıya 3,7 milyard dollarlıq sərvəti ilə “Yıldız...