AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir"

AQTA sədri: Qida zəhərlənmələri əsasən məişətdə baş verir
Sosial 30

Qida norma və qaydalarına riayət edilməməsi ilə əlaqədar mənfi hallar davam etdikcə vətəndaşların sağlamlığına ciddi ziyan dəyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, istər müxtəlif dövlət qurumlarında kütləvi qidalanmanın təşkil edilməsi prosesində, istərsə də ictimai iaşə obyektlərində qida norma və tələblərinə, habelə sanitar-gigiyenik rejimə son dərəcə ciddi yanaşılmalıdır.

"Təəssüflər olsun ki, müşahidə etdiyimiz neqativ hallar davam etdikcə vətəndaşların sağlamlığına əhəmiyyətli dərəcədə zərər vurulur. Həmçinin xüsusi olaraq qeyd etmək istərdim ki, bu müddət ərzində aparılan müşahidələr və statistik məlumatlar qida zəhərlənmələrinin böyük əksəriyyətinin məişət şəraitində baş verdiyini ortaya qoyur. Bu da evdə istifadə olunan ərzaqlarla düzgün rəftar edilməməsinin və qida təhlükəsizliyi normalarının tətbiq edilməməsinin nəticəsidir. Ev mühitində müxtəlif konserv məhsullarının istehsalı zamanı sanitar-gigiyenik qaydalara əməl olunmaması və daha sonra bu məhsulların kütləvi qidalanmaya təqdim edilməsi insanlar arasında narahatlıq doğuran qida zəhərlənmələrinə gətirib çıxarır", - Q. Təhməzli qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər