Merkel və Makron AB sammitində mübahisə ediblər

Merkel və Makron AB sammitində mübahisə ediblər
Siyasət 346

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron dekabrın 12-də Avropa İttifaqı zirvəsində mübahisə ediblər. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Almaniya və Fransa liderlərinin mübahisəsinə səbəb iqlim dəyişikliyi problemi olub.

Fransız lider hesab edir ki, atom karbon neytral enerji mənbəyidir və təhlükəli deyil. Merkel onunla bu mövzuda mübahisə edib. Kanslerə Çexiya, Lüksemburq və Avstriya nümayəndələri də qatılıb.

İqlim mövzusu AB sammitində əsas mövzulardan biridir. Tədbirdən sonra Avropa Şurasının rəhbəri Çarlz Mişel, assosiasiyanın bu sahədə bir strategiya mövzusunda razılığa gəldiyini, ancaq bir ölkənin ona qoşulmaqdan imtina etdiyini qeyd edib. Merkel bunun Polşa ilə əlaqəli olduğunu etiraf edib.

Oxşar xəbərlər

Son xəbərlər