Əraqçının Azərbaycana təşəkkür mesajı erməni mediasında
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İtaliyanın nüfuzlu "Il Messaggero" nəşrində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi dərc olunub.
Müsahibədə Azərbaycanın tolerantlıq və birgəyaşayış modeli ön plana çıxarılıb, müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə Romada təşkil olunan iftar süfrəsinin dinlərarası dialoq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, Yaxın Şərqdə davam edən münaqişələr və Avropada din adı ilə törədilən terror hadisələri fonunda Azərbaycan sülh, harmoniya və birgəyaşayış nümunəsi ortaya qoyur.
Eyni zamanda Ermənistan KİV-i İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına istinadən xəbər verib ki, Yaxın Şərqdə müharibə başlayandan sonra xaricdə qalmış İran zəvvarlarının təxliyəsi və onlara yardım göstərilməsi məsələsində Azərbaycan da daxil olmaqla bir sıra qonşu ölkələr əhəmiyyətli dəstək verib.
Məlumatda Abbas Əraqçının Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Ermənistan və Səudiyyə Ərəbistanı hökumətlərinə xüsusi təşəkkür etdiyi oxucuların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələri...