Əli Əsədov Denis Afanasyevi qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.
Qəbul əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.
Oxşar xəbərlər
Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər"
Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova ilə deputat Səyyad Aran arasında maraqlı dialoq yaşanıb. Belə ki, Səyyad Aran çıxışlar üçün ayrılan vaxt...