Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açıl...