Dünyada mobil internet trafiki rekord həddə çatdı
2021-ci ilin ilk rübündə mobil cihazlarda istifadə olunan qlobal trafik 66 eksabayta (1 eksabayt milyard giqabayta bərabərdir – red.) çatıb. Bu isə bir il əvvəllə müqayisədə 68% çoxdur.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, getdikcə daha çox insan internetdə “gəzişmək” üçün smartfonlara üstünlük verməyə başlayıb. Belə ki, 2021-ci ilin iyul ayına olan məlumata görə, internetə bütün mobil qoşulmaların 79%-i və ya 6,4 milyardı smartfonların payına düşüb. Müqayisə üçün qeyd edək ki, routerlərin, planşetlərin, portativ fərdi kompüterlərin payı cəmi 3,8% və ya 310 milyon qurğudur.
Smartfonlar arasında isə internetə qoşulmaq üzrə ən çox “Android” əməliyyat sisteminə əsaslanan cihazlar (73%) fəaldır. iOS-da bu göstərici 26,3% təşkil edir.
Bu ilin iyul ayında internet bağlantısı olan mobil telefonlarından istifadə edən insanların sayı 5,3 milyarda çatıb (dünya əhalisinin 67%-i).
Bu baxımdan əhalisinin 86%-nin telefonu və ya smartfonu olan Avropa liderdir. Ondan sonra Latın Amerikası (69%), Yaxın Şərq və Şimali Afrika (65%), Asiya-Sakit okean region (58%) və Tropik Afrika (46%) ölkələri gəlir.
GSMA-nın (dünya üzrə mobil əlaqə operatorlarının maraqlarını təmsil edən ticarət təşkilatı – red.) proqnozlarına görə, mobil telefon və smartfon istifadə edən insanların sayı baxımından Asiya-Sakit okean region ölkələrində daha çox artım olacaq. 2025-ci ilə qədər onların xüsusi çəkisinin indiki 58%-dən 68%-ə qədər artacağı (Çin istisna olmaqla) gözlənilir.
Keçən il 117 milyon insan mobil telefonlardan istifadə etməyə başlayıb, lakin daha geniş yanaşsaq, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 670 milyon insan internet bağlantısı olan cihazlardan istifadə etməyə başlayıb. “Ağıllı qurğular”ın ümumi istifadəçilərinin sayı 10,4 milyard nəfərə çatıb.
Oxşar xəbərlər
Ən populyar “iPhone” açıqlanıb
"iPhone 11" modelinin əsas versiyası "Apple" şirkətinin dünyada ən populyar smartfonu olub. Bu barədə müvafiq məlumatlar "Counterpoint Research" tədqiqat şirkət...