Tezliklə dünya əhalisinin sayı azalacaq - SƏBƏB

Tezliklə dünya əhalisinin sayı azalacaq - SƏBƏB
Siyasət 1279
Yer planetinin əhalisi yaxın gələcəkdə azala bilər. BAKU.WS sputnik.az istinadən xəbər verir ki, bu nəzəriyyəni kanadalı jurnalist Con İbbitson və politoloq Darrel Briker irəli sürüblər.Qeyd edək ki, hazırda dünyada təxminən 7,7 milyard insan yaşayır. 2050-ci ildə əhalinin sayının 9 milyardı keçəcəyi bildirilir.BMT ekspertləri isə daha əvvəl bildirmişdilər ki, Yer planeti artan əhalini qidalandırmaq iqtidarında olmayacaq.Lakin kanadalı araşdırmaçıların fikrincə, bu tipli məlumatlar şişirdilib. Onlar bir daha qlobal modelləri araşdırıblar və bu nəticəyə gəliblər ki, 30 ildən sonra insanların sayı azalmağa başlayacaq.Onlar hesab edirlər ki, 2100-ci ildə daha əvvəl proqnozlaşdırıldığı kimi 11 milyard deyil, 8-9 milyard insan yaşayacaq.Onlar qeyd ediblər ki, dünya ölkələrinin əksəriyyətində insanlar ailə həyatı qurmağa çalışmırlar.Həmçinin, nəzərə almaq lazımdır ki, planetin əhalisinin sayı qocalır. Əksər ölkələrdə gənclərin sayı azalmağa doğru gedir, əksinə təqaüdçülərin sayı artır.Qeyd edək ki, hazırda Yerin əhalisinin sayı artır, lakin bu proses qarışıq formada gedir. Bir sıra ölkələrdə əsl demoqrafik fəlakət yaşana bilər. Bura İtaliya, İspaniya, Bolqarıstan, Böyük Britaniya və Cənubi Koreya daxildir.BAKU.WS

Oxşar xəbərlər

Ermənistanda əhalinin sayı bir il ərzində 10400 nəfər azalıb

Ermənistanda əhalinin sayı bir il ərzində 10400 nəfər azalıb

Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb. Ermənistan KİV-ləri xəbər verir...

494 Siyasət 22:20 31 oktyabr 2018

Son xəbərlər