Ermənistanda əhalinin sayı bir il ərzində 10400 nəfər azalıb
31
okt
2018
22:20
Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb. Ermənistan KİV-ləri xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidməti bildirib.Qeyd olunur ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub.Ötən ilin hesabat dövrü ilə müqayisədə ölkədə 2018-ci il yanvar-sentyabr ərzində yeni doğulan körpələrin sayı 4,2 faiz azalaraq, 26 min 483 nəfər təşkil edib. Ermənistanda şəhər əhalisi bir mliyon 895 min 400 nəfər, o cümlədən İrəvanın əhalisi bir milyon 79 min 400 nəfərdir. Kənd əhalisi isə bir milyon 73 min 800 nəfərdir.BAKU.WS
Oxşar xəbərlər
6 ayda Bakıda 6808 nəfər dünyasını dəyişib
Bu ilin birinci yarısında Bakı şəhərində 6808 ölüm halı qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.H...