DÜNYA MEDİASI: Tramp Ərdoğana məğlub oldu
18
okt
2019
17:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ilə ABŞ arasında Ankarada əldə olunan razılaşmadan sonra Ağ Ev rəhbəri Donald Trampı sərt tənqid atəşinə tutulub. BAKU.WS xəbər verir ki, dünyanın nəhəng mətbuat orqanları razılaşmadan qalib ayrılan tərəfin Türkiyə olmasını yazıb. "New York Times" qəzeti: "Trampın atəşkəsi Türkiyənin Suriyadakı nəailiyyətini asanlaşdırdı". Məqalədə müqavilənin Ərdoğanın qəti qələbəsi ilə nəticələndiyi qiymətləndirilməsi aparılıb. "Vaşinqton Post" qəzeti: "Tramp Amerikanın ideologiyasını təhqirə çevirib". Yazıda Amerika Prezidentinin türkiyəli həmkarı və Rusiya lideri Vladimir Putinə təslim olduğu iddia edilib."The Guardian" qəzeti: "Trampın Türkiyə müqaviləsi hakimiyyəti Ankaraya verdi".Materialda Rəcəb Tayyip Ərdoğanın tez bir zamanda qələbə qazanmasından bəhs olunub. "Le Monde" qəzeti: "ABŞ tərəfindən elan edilən atəşkəs sayəsində Türkiyə kürdlərin çıxarılmasını əldə etmiş olur".Yazıda tərəflər arasında razılaşma Türkiyə üçün diplomatik qələbə kimi təqdim edilib.
Oxşar xəbərlər
ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək - Tramp geri addım atdı
Dünən ABŞ-ın vitse-prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı "Barış pınarı” əməliyyatının 120 saatlıq dayandırılması...