ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək - Tramp geri addım atdı
18
okt
2019
10:29
Dünən ABŞ-ın vitse-prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı "Barış pınarı” əməliyyatının 120 saatlıq dayandırılması haqqında razılıq əldə olunmasına ABŞ prezident Donald Tramp şərh verib.BAKU.WS xəbər verir ki, Tramp Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb:“Mən prezident Ərdoğanı təbrik etmək istəyərdim, o mənim dostumdur və şadam ki, bizim problemlərimiz yaranmadı. O düzgün hərəkət etdi və mən həqiqətən bunu qiymətləndirirəm”.Tramp əlavə edib ki, Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edilməyəcək.Trampın açıqlamasına münasibət bildirən Ərdoğan deyib ki, terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək:“Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək”.
ABŞ və Türkiyə arasındakı razılaşmanı BMT baş katibi Antoniu Quterreş də təqdirəlayiq adlandırıb.Qeyd edək ki, razılığa əsasən ABŞ 120 saat ərzində Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasını təmin etməyi öz öhdəsinə götürüb.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Türkiyə Suriyadakı əməliyyatları dayandırdı
Türkiyə və ABŞ terrorçuların Suriyanın şərqində tamamilə yox edilməsi mövzusunda ortaq qərar qəbul ediblər.BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezide...