ABŞ Türkiyəyə sanksiyaları açıqladı - 3 nazir siyahıya daxil edildi
15
okt
2019
10:28
ABŞ Suriyada antiterror əməliyyatı keçirən Türkiyəyə qarşı sanksiyaları elan edib.BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sanksiya siyahısına Türkiyənin Mülli Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz daxil edilib.Bundan başqa, Milli Müdafiə Nazirliyi ilə Enerji və Təii Sərvətlər Nazirliyinə də sanksiya tətbiq edilib.Ağ Evdən bildirilib ki, Türkiyə əməliyyatlara davam edəcəyi müddətdə maliyyə qurumlarına da sanksiyalar tətbiq ediləcək.Tramp isə bildirib ki, Türkiyə ilə aparılan 100 milyard dollarlıq ticarət danışıqları da dayandırılacaq. O, Türkiyə iqtisadiyyatını sürətlə məhv etməklə də təhdid edib.
Oxşar xəbərlər
“NATO Türkiyəni dəstəkləməyə davam edəcək” - Stoltenberq
İstanbulda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir k...