“NATO Türkiyəni dəstəkləməyə davam edəcək” - Stoltenberq
11
okt
2019
15:34
İstanbulda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, Stoltenberq görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin Suriyada 3 gündür başlatdığı “Sülh mənbəyi” adlı antiterror əməliyyatı barədə danışıb.O, Türkiyənin NATO-nun güclü bir üzvü olduğunu və qurum üçün böyük önəmə sahib olduğunu söyləyib.Stoltenberq NATO-nun Türkiyəni terrorizmlə mübarizədə sahəsində dəstəkləməyə davam edəcəyini söyləyib.NATO baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə NATO-nun hansı mövqeyi nümayiş etdirəcəyi barədə danışmaq istəməyib.
Oxşar xəbərlər
NATO bir şərtlə Gürcüstanı üzv qəbul edə bilər
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya olmadan alyansa üzvlük məsələsinə baxmalıdır. BA...