Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO
16
okt
2019
19:19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə gələcək ABŞ nümayəndə heyəti ilə görüşməyəcəyini bildirib. BAKU.WS-in məlumatına görə, bu barədə Ərdoğan “Sky News” telekanalına müsahibəsində deyib. O bildirib ki, ABŞ nümayəndə heyəti türkiyəli həmkarları ilə görüşəcək. Ərdoğan deyib ki, əgər ABŞ Prezidenti Donald Tramp Türkiyəyə gəlsə, onunla görüşəcək. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı dövlət katibi Mayk Pompeonu və müşaviri Mayk Pensi Türkiyəyə göndərib.
Oxşar xəbərlər
Tramp vitse-prezidenti və dövlət katibini Türkiyəyə göndərir - Əməliyyata görə
Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident...