ABŞ Türkiyə ilə bağlı hansı qərar verəcək? - Tramp 3 yol açıqladı
11
okt
2019
10:53
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatı ilə bağlı növbəti açıqlama verib.BAKU.WS xəbər verir ki, o, Türkiyə ordusunun hücum etdiyi bölgələrdən ABŞ əsgərlərini çıxardığını və işini mükəmməl gördüyünü söyləyib.Tramp bununla belə ABŞ-ın qarşıda 3 seçiminin olduğunu söyləyib.“Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qalib gələcəyik, ya Türkiyəni iqtisadi olaraq sanksiyalarla vuracağıq, ya da tərəflər arasında razılaşma üçün vasitəçilik edəcəyik. Lakin indi orada əsgərimiz yoxdur. Ən son istəyəcəyim şey minlərlə əsgəri yenidən Suriyaya göndərmək və qalib gəlməkdir”.Qeyd edək ki, Türkiyə ordusu gündür sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyat keçirir.
Oxşar xəbərlər
Türkiyə Suriyada 11 kəndi terrorçulardan azad edib
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji ə...