Ərdoğan Trampla telefonda danışdı, ABŞ hərbçiləri Türkiyə sərhədindən çəkilməyə başladı - VİDEO

Ərdoğan Trampla telefonda danışdı, ABŞ hərbçiləri Türkiyə sərhədindən çəkilməyə başladı - VİDEO
Video
Siyasət 569
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon görüşündən sonra ABŞ hərbçiləri Suriya-Türkiyə sərhəd bölgələrindən çəkilməyə başlayıb.BAKU.WS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, ABŞ hərbçiləri 20 zirehli texnika ilə Tel-Əbyad və Rəsul-Ayn bölgələrindən Ayn İsa bölgəsinə çəkiliblər. Bununla da 5 müşahidə məntəqəsi boşalıb.Məlumata görə, ABŞ əsgərlərinin tərk etdiyi bölgələrdə Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyata başlayacaq.
Xatırladaq ki, ABŞ ötən il Suriya-Türkiyə sərhədindəki prosesləri izləmək məqsədilə müşahidə məntəqələri qurmuşdu.Məsələ ilə bağlı Ərdoğan bildirib ki, ABŞ hərbçilərinin geri çəkilməsi əmri çoxdan verilib, lakin dünən icra edilib:“Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik. Terror qruplaşmalarının hədələrini qəbul etməyimiz mümkün deyil”.Fərid ƏDALƏT

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə nüvə silahı əldə etmək istəmir

Ərdoğan: Türkiyə nüvə silahı əldə etmək istəmir

Türkiyə nüvə silahı əldə etmək istəmir.Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.T.Ərdoğan bildirib: "Bəzilə...

562 Siyasət 23:45 04 sentyabr 2019

Son xəbərlər