DTX-da Naxçıvanın Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanılıb
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) təqdim edilib. Xidmətdən daxil olan məlumatlara əsasən, 1 audit üzrə aşkar edilən qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyva...