Dmitri Kuleba: “İran Ukraynaya həkimlərdən ibarət heyət göndərib” - FOTO
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana zəng etdim. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik qərarları dəstəkləyir”, - Ukraynanın xarici işlər naziri qeyd edib.
“Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib etdiyinə, eləcə də Ukraynaya göndərilən həkimlərdən ibarət heyətə görə minnətdaram” – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fikrini tamamlayıb.
Oxşar xəbərlər
Kuleba: “Ukrayna Zelenski ilə Putin arasında görüşə hazırdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında Türkiyədə keçirilən danışıqlarda düzgün ab-hava yaradıb. BAKU.WS “Repo...