Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
20
yan
2022
20:35
Rusiyanın paytaxtı Moska şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələləri müzakirə ediblər.
Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.
Oxşar xəbərlər
Şoyqu Rusiya Ordusunun döyüş hazırlığının qəfil yoxlanılması barədə açıqlama verib
Azərbaycan Müdafiə Nazirliyi Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefo...