Deputat: "Ermənistan referendum keçirdikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq"

"Amerika və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub. Strateji tərəfdaşlıq kimi bir xartiyanın təşkil edilməsi, ABŞ hökumətləri arasında anlaşma memorandumunun imzalanması əyani sübutdur ki, bizim inkişaf tendensiyamız ABŞ ilə dostluq üzərində qurulacaq"
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
O bildirib ki ABŞ və Azərbaycan arasında əlaqələrin bir neçə istiqaməti var:
"Bu, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, müdafiə sahəsində qarşılıqlı əlaqədir. Yaradılacaq strateji işçi qrup da həm regional, həm də beynəlxalq səviyyədə öz töhfələrini verəcək.
Ən mühüm məsələlərdən biri 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması idi. Bu da mühüm əhəmiyyət kəsb edir. Vaxtilə çalışırdılar ki, ABŞ-dən dövlət yardımın təmin edilməsini qadağan etsinlər. Ovaxtkı hakimiyyət Əfqanıstan əməliyyatları başa çatanda dərhal 907 saylı düzəlişi yenidən canlandırmışdı".
Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan Sülh gündəliyi çox mühüm əhəmiyyət kəsb edir:
"Paşinyan və İlham Əliyev arasında keçirilən görüşün nəticəsi və birgə bəyannamənin imzalanmasında bir neçə istiqamət (Minsk qrupunun ləğvi) var ki, daim Azərbaycanın tələbi olub. Buna görə də ATƏT-ə birgə müraciət imzalanıb. Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddiaların aradan qaldırması məsələsi də çox mühüm əhəmiyyət kəsb edir".
Arzu Nağıyevin sözlərinə görə, sənədlərin paraflanması sülh sazişi demək olmasa da, bu istiqamətdə atılan ən vacib addımdır:
"Müddəaların paraflanması, Zəngəzur dəhlizi ilə bağlı mühüm məsələlərin müzakirəsi, Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi, vaxtilə müharibə başlayanda Azərbaycan və digər türk dövlətləri arasında quru sərhədlərin ləğvi məsələsi ortada idi.

Lakin artıq bu dəhliz reallaşma yolundadır.
Prezident İlham Əliyev bu istiqamətdə danışığında da qeyd etdi. Tramp Zəngəzur dəhlizinin qarantı yolunda çıxış etməsi ilə bağlı bəyanat verməsi də mühüm əhəmiyyət kəsb edir.
Sənədlərin paraflanması zamanı iki ölkə XİN iştirakı da vacib amil idi.
Təbii ki, paraflanma hələ Sülh müqaviləsinin imzalanması demək deyil, lakin bu istiqamətdə atılan addımlardan biridir. 2026-cı ildə Ermənistan konstitusiyasında dəyişikliklər ilə əlaqədar referendum keçirdikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq".
O, həmçinin bildirib ki, ABŞ prezidentinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesindəki iştirakı tarixi hadisədir:
"Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda, müstəqil daxili və xarici siyasətin olması mühüm əhəmiyyət kəsb etdi. Bu da belə sonluqla nəticələnməyə gətirib çıxardı. Bu, təkcə region üçün deyil, bütün dünya üçün vacib əhəmiyyət kəsb edir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. Təbii ki, proseslərə maneə olmağa çalışan qüvvələr baş qaldıra bilər, lakin biz bütün neqativ halların qarşısını almağa hazırıq. ABŞ kimi bir dövlətin qarantı, onun iştirakı bu məsələlərin geniş vüsət almasına imkan verməyəcək".
Oxşar xəbərlər
Hüsamettin İnaç: "İlham Əliyev hərbi qələbəni diplomatik zəfərə çevirməyi bacaran liderdir"
"Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla təkcə işğal altındakı torpaqları azad edən yox, həm də hərbi qələbəni diplomatik zəfərə...
