DÇ-2022: Qətərdə ölüm hadisəsi qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında faciə baş verib.
BAKU.WS “matc.az”a istinadən xəbər verir ki, Filippindən olan muzdlu işçi vəfat edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
FİFA da bu xəbəri təsdiqləyib. Bildirilib ki, filippinli şəxs Səudiyyə Ərəbistanının milli komandasının məskunlaşdığı oteldə təmir işləri zamanı qəza nəticəsində vəfat edib.
Qətər hökuməti araşdırmalara başlayıb. Təxminən 40 yaşlarında olan fəhlənin yük kranında çalışarkən yıxılaraq öldüyünü bildirilib. O, faciəvi hadisə zamanı təhlükəsizlik kəməri taxmayıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Cozef Baydenə Birləşmiş Ştatların İraqdakı səhvlərini xatırladıb. BAKU.WS “r...