Davudoğlu Azərbaycan bayrağını öpüb gözünün üstünə qoydu (FOTO)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu Şəhidlər Xiyabanında olub.
BAKU.WS-in məlumatına görə, baş nazir Türkiyə Şəhidliyi qarşısında əsgərlərin əlində dalğalanan Azərbaycan bayrağını öpüb və alnına qoyub. Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri bu gün başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
BAKU.WS
Oxşar xəbərlər
Davudoğlu: "Hamımız bakılıyıq"
"Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər var. Türkiyənin hər lideri ilk dəfə Azərbaycana səfər edir və ya əksinə olur". BAKU.WS-in "Report"a istinad...