Daşqınların ziyan vurduğu İranda timsah həyəcanı

Daşqınların ziyan vurduğu İranda timsah həyəcanı
Siyasət 192

BƏƏ və Omandan sonra fırtına İrana da ziyan vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi "Mehr"in dünənki xəbərində bildirilib ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.

İRNA rəsmi xəbər agentliyinə danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin rəhbəri Məcid Muhibbi sel zamanı dəmir yolunda işləyən 3 işçinin suda qalaraq həyatını itirdiyini açıqlayıb.

Həmçinin, aralarında 5 yaşlı uşaq olan daha 5 nəfər həyatını itirib.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk etdiyi və şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı "Crocodylus palustris" olan və bataqlıq timsahı kimi də tanınan bu növə ümumiyyətlə İran və Hindistanın cənubunda rast gəlinir.

Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və vəhşi təbiətin yaşayış yerlərinə yaxın səyahət etməmələri xahiş olunub.

İranın Qızıl Aypara dünənki açıqlamasında iki avtobusda sıxışan 43 nəfərin xilas edildiyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) və Omanı vuran tufan çərşənbə axşamı İrana çatıb.

Dubayda bir çox yolları su bassa da, uçuşlarda da fasilələr yaranıb. BƏƏ-də daşqın nəticəsində bir nəfərin, Omanda isə 10-u uşaq olmaqla 20 nəfərin həlak olduğu bildirilib.

Son xəbərlər