Daha bir ölkədə COVID-19-un yeni variantı aşkarlandı

Daha bir ölkədə COVID-19-un yeni variantı aşkarlandı
Siyasət 1

İsraildə COVID-19-un yeni variantı "BA.2.86" aşkarlanıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Sourasky Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasında yer alıb.

İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.

Yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada "BA.2.86" olaraq elan edilən variantın statusunu və daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləyib.

Son xəbərlər