Türkiyə Qızıl Aypara Cəmiyyətindən zəlzələ ilə bağlı ÇAĞIRIŞ - FOTO

Türkiyə Qızıl Aypara Cəmiyyətindən zəlzələ ilə bağlı ÇAĞIRIŞ - FOTO
Siyasət 198

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık vətəndaşlara müraciət edib.

BAKU.WS-in məlumatına görə, Kınık bu barədə tvitter hesabında yazıb.

Sədr baş verən dağıdıcı zəlzələdən sonra vətəndaşları qan verməyə dəvət edib.

"İlkin mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm", - deyə o, bildirib.

Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Son xəbərlər