İcra başçısı "S-class Mercedes" xəbərindən danışdı: "Avtomobilin alınmasını təxirə saldıq"
01
iyl
2019
16:45
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.BAKU.WS Unikal.org-a istinadla xəbər verir ki, A.Məmmədov bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:“2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”. İcra başçısı sözügedən avtomobilin dəyərinin büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərin də qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.Qeyd edək ki avtomobilin alınması ilə bağlı tender elanı 2 gün əvvəl - iyunun 29-da açıqlanıb.
Oxşar xəbərlər
Kəlbəcər işğaldadır, amma icra başçısı yeni lüks "Mercedes"də gəzmək istəyir - FOTO
Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması üçün tender elan edib.BAKU.WS virtualaz.org-a istin...