Con Kirbi: “ABŞ Tayvanı silahla təmin etməyə davam edəcək”

Con Kirbi: “ABŞ Tayvanı silahla təmin etməyə davam edəcək”
Siyasət 2

ABŞ Tayvan boğazında sülh və sabitliyin tərəfdarıdır, Tayvan adasının müstəqilliyini dəstəkləmir, lakin onu silahla təmin etməkdən imtina etməyəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi brifinqdə bildirib.

“Prezident Bayden Çinin sədri cənab Siyə açıq şəkildə bildirdi ki, biz münaqişə istəmirik, biz Tayvan boğazında sülh və sabitlik istəyirik” deyən Kirbi ABŞ prezidentinin sözlərini təkrarlayıb: “ABŞ vahid Çin siyasətinə sadiq qalır və Tayvanın müstəqilliyini dəstəkləmədir”.

“Lakin “Tayvan münasibətlər haqqında” qanuna uyğun olaraq, biz Tayvanı müdafiə imkanları ilə təchiz etməyə davam edəcəyik”, - C.Kirbi bildirib.

Son xəbərlər