Donbas istiqamətində döyüşlər daha qanlı ola bilər - Pentaqon
“Biz Ukraynanın bu müharibədə qalib gəlməsini, özünü Rusiyanın təcavüzündən qorumasını istəyirik”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi əcnəbi jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, Rusiya Ukraynada strateji hədəflərinə nail olmayıb və öz qüvvələrini yenidən təchiz etmək və strukturlaşdırmaq üçün Kiyev istiqamətindən Belarusa və Rusiyaya doğru çəkib: “Rusiya hücum istiqamətini dəyişib, yenidən prioritetləşdirib və bu dəfə Ukraynanın cənub və şərq istiqamətində hücum edir. Rusiya Donbas istiqamətində demək olar ki, əsas qüvvələrini cəmləyib. Daha kiçik ərazidə daha çox qüvvələrin toplanması ehtimal yaradır ki, bu ərazilərdə döyüşlər daha intensiv, daha qanlı və daha uzun müddətli olsun”.
Con Kirbi Ukraynanın artıq 8 ildir ki, Donbas uğrunda savaşdığını xatırladıb: “Prezident Zelenski də bildirib ki, Ukrayna torpaqlarının bir qarşını da verməyəcək və belə halda ABŞ da Ukraynanın təhlükəsizliyinə dəstək vermək üçün əlindən gələni edəcək”.
Pentaqon sözçüsü vurğulayıb ki, 30-dan çox ölkə Ukraynaya hərbi yardım edir: “Prezident Baydenin qərarı ilə Ukraynaya maliyyə və hərbi yardım ayrılır. Bu ayın ortalarında hərbi yardımın növbəti hissəsi Ukraynaya çatdırılacaq. Biz onların ehtiyac duyduğu dəstəyi veririk. Bu günlərdə onlarla Ukrayna hərbçisi ABŞ-da təlim keçdi, müdafiə nazirimiz bu hərbçilər öz vətənlərinə yola düşməzdən əvvəl onlarla görüşdü”.
Oxşar xəbərlər
Putin: “Ukraynada baş verənlər faciədir, ancaq başqa seçimimiz yox idi”
“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”. BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti...