Ceyhun Bayramov Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin bərpasından danışıb

Ceyhun Bayramov Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin bərpasından danışıb
Siyasət 40

Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənddə UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin təxminən otuzillik hərbi işğalı (Ermənistan tərəfindən - red.) abidələrin, dini obyektlərin, muzeylərin və tarixi abidələrin dağıdılması, mənimsənilməsi və ya onlara qarşı etinasızlıq da daxil olmaqla mədəni irsə (Qarabağ və Şərqi Zəngəzur - red.) ciddi ziyan vurub.

"Ümumilikdə (regionda - red.) 67 məscid, 738 abidə, 83 500-dən çox eksponatı olan 28 muzey, 4 rəsm qalereyası, 14 memorial kompleks və 1 107 mədəniyyət müəssisəsi daxil olmaqla 1 891 mədəni irs obyekti var idi ki, bu da Azərbaycan üçün böyük mədəni itkilərlə nəticələnib", - C.Bayramov bildirib.

O vurğulayıb ki, Azərbaycan bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır:

"Bu ərazilərin azad edilməsindən sonra hökumət üçün prioritetlərdən biri abidələrin bərpası və qorunması olub. Bundan əlavə, mina və partlamamış sursatların mövcudluğu mütəxəssislər və yerli əhali üçün təhlükə yaradır, obyektlərə girişi məhdudlaşdırır və dağıdılmış mədəni irsin bərpasını ləngidir. Azərbaycan UNESCO-nun əsas prinsiplərini qorumağa və dəstəkləməyə davam edəcək".

Son xəbərlər