Cəbhədəki döyüşlərin təfərrüatları ANS-in efirində - VİDEO

Cəbhədəki döyüşlərin təfərrüatları ANS-in efirində - VİDEO
Video
Siyasət 1782
 

Ön cəbhədən bu gün səhər qayıtmış hərbi reportyor Vahid Mustafayev ANS-in "Nəzər nöqtəsi” verilişində Ermənistan silahlı qüvvələrinin təxribatı və onun qarşısının alınması barədə danşıb.

BAKU.WS xəbər verir ki, bu dəfə verilişin formatına dəyişiklik edilib. Belə ki, proqramın aparıcısı Mirşahin Ağayev olub və o, cəbhədəki döyüşlərlə bağlı suallarını Vahid Mustafayevə ünvanlayıb.

Vahid Mustafayev müsahibəsində Azərbaycanın qabaqlayıcı zərbələr enlirmək hüququna toxunub.

Döyüşlərin necə və nə vaxt başladığı barədə təffərrüatı ilə danışan Mustafayev helikopterdə şəhid olan hərbçilərin əsl qəhrəmanlıq göstərdiklərini bildirib.

Hərbi repartyor deyib ki, Ordumuzla birlikdə Azərbaycanın istənilən bölgəsində yaşayan mülki vətəndaşlar da sağlam iradə nümayiş etdirərək Silahlı Qüvvələrimizə və dövlətimizə dəstək nümayiş etdirdi.

"Yadımdadı, qabaqlar belə zərbələr nəticəsində dağıdılan mülki obyektləri, əsasən də ölən və yaralı vətəndaşları görən onların yaxınları və qalan əhali narazılıq edirdi və nəticədə Azərbaycan ordusu məqsədinə çatmadan döyüşü dayandırırdı. Bu dəfə artıq belə olmadı. Bir tərəfdən artilleriya zərbələri və onların nəticəsində dağıntılara və ölüm hallarına əhalinin münasibəti fərqli oldu – hamı bir nəfər kimi öz dövlətinin gücünə inanaraq əksinə qisas almaq tələbini irəli sürürdü, ordu isə Tərtər əvəzinə - Mardakert (Ağdərə), Horadiz əvəzinə isə Hadrut və Stepanakert (Xankəndi) yaşayış məntəqələrinə artilleriya atəşi ilə xəbərdarlığını çatdırdı. Həmin an erməni tərəfi Azərbaycan şəhər və kəndlərinə artilleriya zərbələrini dayandırdı. Ümummilli qüvvələrimizi səfərbər edib Baş Komandan İlham Əliyevin əmrini alan kimi uşaqlı-böyüklü, qadınlı-kişili ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu”, - Mustafayev bildirib.

Cəbhədə ermənilər tərəfindən təxribatın əvvəlcədən planlaşdırıldığını deyən hərbi repartyor bildirib ki, Əslində erməni hərbi birləşmələrinin genişmiqyaslı əməliyyatı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da Nüvə Sammitində olanda baş tutmalı idi.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər