Cəbhədən ən son xəbər (VİDEO)
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhə xəttində baş verən ən son vəziyyət barədə məlumat verib. ANS PRESS-in məlumatına görə, ermənilərin qəfil hücumunun səbəblərindən danışan telerepartyor bildirib ki, qarşı tərəf Azərbaycanın inkişafı, regionda hegemonluğuna mane olmaq, imicinə zərər vermək, Azərbaycanı dünyada problemli ölkə kimi göstərmək üçün cəbhədə təxribatlara əl atırlar.
Azərbaycan - Türkiyə, Azərbaycan - Rusiya dostluq münasibətlərinin Ermənistanın planlarına uyğun olmadığını bildirən Vahid Mustafayev son vəziyyəti elə bilavasitə bununla əlaqələndirib. "Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartından istifadə edir” - deyən V.Mustafayev bu gün İrəvanda mitinqlərin olduğunu, Ermənistan tərəfinin bütün səylərinin əks effekt verəcəyini diqqətə çatdırıb.
Daha sonra Vahid Mustafayev Azərbaycanın müxtəlif regionlarından cəbhə bölgələrinə gənclərin axınını müşahidə etdiyini, onların hərbiyə yazılıb, əsgərlərə dəstək olmaq, əməliyyatlarda iştirak etmək istədiklərini, hətta ana-bacıların əsgərlərə paltar, yemək gətirdiklərini bildirərək buna ehtiyac olmadığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
ANS ermənilərin vurulmuş tanklarını göstərir (VİDEO)
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhədə baş verən ən son vəziyyət barədə səngərdən xəbər verib. BAKU.WS anspress-ə istinadə...