ANS erməni işğalından azad olunmuş torpaqlarımızın görüntülərini yaydı (VİDEO)
03
apr
2016
13:36
Azərbaycanlı general ordumuzun ermənilərdən azad etdiyi ərazilərdən danışıb.
BAKU.WS-in məlumatına görə, ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayevə azad olunan torpaqlarımızı göstərən general, beləliklə bir neçə kəndin təhlükəsizliyinin təmin olunduğunu bildirib.
General bildirib ki, artıq Cocuq mərcanlıdan Beyləqan rayonuna qədər olan kəndlərimiz ermənilərin hərbi təhlükəsi altında deyil. Çəkiliş aparılan ərazinin təhlükəli olduğunu bildirən general yerlərini dəyişməyi məsləhət görüb.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun daha bir kadrı işdən azad olunub
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub....