Eldar Mahmudovun daha bir kadrı işdən azad olunub

Eldar Mahmudovun daha bir kadrı işdən azad olunub
Hadisə 1995

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "AzPolitika”nı məlumatlandıran mənbə, DTX rəisi Mədət Quliyevin təxminən 10 gün əvvəl belə əmr imzaladığını bildirib.

M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və "kassalarından” biri olduğu haqda məlumatlar var. O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra – 2013-cü ildə general-mayor rütbəsi almışdı. Baxmayaraq ki, ixtisasca stomotoloq olan M.Yaqubov, 50 yaşına kimi mülki sahədə çalışmışdı.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar

Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən...

2110 Hadisə 13:34 02 yanvar 2016

Son xəbərlər