Cəbhədə ən son vəziyyət (VİDEO)

Cəbhədə ən son vəziyyət (VİDEO)
Video
Siyasət 6362

 

Aprelin 27-28-də erməni silahlı birləşmələrinin Tərtər və Ağdam ətrafı kəndləri artileriya silahları ilə atəşə tutmasından sonra evi dağılan və zərər çəkmiş sakinlər yaşayış məntəqələrini tərk etməsə də, hələ də təşviş içərisindədir.

ANS-in Qarabağ bürosunun müxbiri Ramil İbrahimov birbaşa efirdə zərərçəkmişlərin harada yerləşdirilməsi, atəşkəs pozuntusu zamanı yaralananların son durumu və təmas xəttindəki vəziyyətlə bağlı məlumat verib. 

Onun sözlərinə görə, son üç gündə təmas xəttində ağır artileriya silahlarının səsi eşidilmir. Yalnız avtomat və pulemyotlardan, yüngül artileriya silahlarından atəş səsləri qeydə alınır. 

Qeyd edilib ki, artıq sakinlər bu cür vəziyyətə alışdığından yalnız evi dağılmış ailələr kəndə dönməyiblər. Həmin evlərin sakinləri rayon mərkəzlərindəki və ya başqa yaşayış məntəqələrindəki inzibati binalara yerləşdiriliblər. 

Digər sakinlər isə kənddə yaşamaqda davam edirlər. Lakin insanlar təsərrüfatla məşğul ola bilmirlər. Həmçinin mal-qaranın örüşə çıxması mümkün deyil.

BAKU.WS

Oxşar xəbərlər

ANS-in müxbirindən Dövlət Departamentini silkələyən sual (VİDEO)

ANS-in müxbirindən Dövlət Departamentini silkələyən sual (VİDEO)

"Erməni hərbi qüvvələri çərşənbə axşamı ağır artilleriya silahları ilə Azərbaycan kəndlərinə hücum ediblər. Nəticədə Ağdam və Tərtər rayonlarında 2 mülki şəxsi...

6621 Siyasət 09:39 30 aprel 2016

Son xəbərlər