ANS cəbhə bölgəsindəki son vəziyyəti yayımladı (VİDEO)

ANS cəbhə bölgəsindəki son vəziyyəti yayımladı (VİDEO)
Video
Siyasət 6361

 

Azərbaycan - Ermənistan sərhədində ara-sıra atəş səsləri eşidilsə də bu intensiv xarakter daşımır. nisbi sakitlik bərpa olunub. Təmas xəttində atəşkəs pozulandan etibarən ANS-in 3 çəkiliş qrupu müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.

Ağdamda müşahidələr aparan çəkiliş qrupunun əməkdaşı gecəboyu müşahidələr aparıb və son məlumatları verib.

"Ağdam, Bərdə və Tərtərdə müşahidələr apardıq və yeli sakinlərlə də görüşdük. Son üç gündə cəbhədə vəziyyət gərgin idi. Ötən gecədən isə nisbi sakitlik hökm sürür. Bir neçə kəndlərdə olanda da atışma səslərini eşitmədik. Cəbhədə gərginliyin artmasını və erməni silahlı bölmələrinin dinc sakinləri, yaşayış məntəqələrini atəşə tutmasını nəzərə alsaq sakinlər daha ehtiyatlı davranmağa çalışır. Belə ki, mülki şəxslər nisbətən daha təhlükəsizlik yerlərdə dayanrırlar. Səhər saatlarından isə insanların gündəlik həyatı davam edir", - deyə ANS-in əməkdaşı Rita ömərova bildirdi.

Onun sözlərinə görə, bu saatlarda da cəbhədə atəş səsləri eşidilmir. Yerli sakinlər ANS-ə bildirib ki, erməni silahlı bölmələri fərdi yaşayış evlərini artilleriyadan atəşə tuturlar.

Cəbhə bölgəsində yaşayan sakinlərin çoxu keçmiş döyüşçülərdir. Onlar gözləmə mövqeyindədirlər. Müharibə başlasa və ehtiyat qüvvəyə ehtiyac olsa döyüşməyə hazırdırlar. Qadınlar gecə saatlarında atəşkəs pozularkən çölə çıxmırlar. Kişilər isə səhərə qədər küçədə olurlar, vəziyyətin necə olacağını gözləyirlər.

BAKU.WS

Oxşar xəbərlər

Bu gecə cəbhədə nə baş verib? (VİDEO)

Bu gecə cəbhədə nə baş verib? (VİDEO)

ANS-in Gəncə bürosunun əməkdaşı Ermənistan silahlı qüvvələrinin yerləşdiyi postdan 150 metr aralıda yerləşən Qazaxın Quşçu Ayrım kəndində müşahidələr aparıb. Kə...

6859 Siyasət 07:44 29 aprel 2016

Son xəbərlər