Bürclər ayrılanda hansı reaksiyanı verirlər? - SİYAHI
Bəzi insanlar üçün sevgilisindən və ya həyat yoldaşından ayrılmaq dünyanın ən dəhşətli hadisəsidir. “Ayrılıq” sözü onlar üçün ölümə bərabərdir. Lakin bəziləri üçün isə ayrılıq “Başqasını sevəcəm, gör sənə nələr edəcəm!” deməkdir. Hər bir insan fəqrli olduğu kimi, ayrılığa yanaşması da fərqli və bənzərsizdir. Bu dəfə astroloqlar bürclərin ayrılığa verdiyi reaksiyaları açıqlayıblar.
BAKU.WS xarici KİV-ə istinadən həmin açıqlamanı təqdim edir:
Qoç bürcü
Bu bürcün nümayəndələri ayrılıq dövrünü asanlıqla keçirirlər. Qoçlar intiqam almağı sevmirlər. Ürəyi qırılsa da, danışmaz. Ayrılandan sonra yeni planlar qurur. Ailə və ya dost münasibətlərinə daha çox əhəmiyyət verməyə başlayır. Hobbilərinə vaxt ayırır, istirahət edir. Hesab verməyi sevmir, artıq hər şeyin ötüb keçdiyini düşünür.
Buğa bürcü
Buğa bürcü heç vaxt yanlış əlaqəni davam etdirmir. Qərar verdiyi anda uzaqlaşır, əgər məsələ digər tərəfin xəyanətidirsə, ayrılıqdan sonra o çox qəzəblənir, bu qəzəb buğa bürcündə daimi olaraq qalır. Bu bürcün nümayəndələri tərəf müqabillərinə heç vaxt zərər vermirlər. Buğa keçmiş də olsa, bir zamanlar sevdiyi tərəf müqabilini həyatının sonuna kimi unuda bilmir. Buna baxmayaraq, ayrıldıqdan sonra da heç bir reaksiya vermir. Kim onu tərk edərsə, dərhal onu silir, amma heç vaxt unuda bilmir. Bu bürc partnyorunun ağılsız olduğu üçün onu tərk etdiyini düşünür.
Əkizlər bürcü
Onlar tərk edilmir, tərk edirlər. Əkizlər tərəf müqabillərini tez unudur və qaldığı yerdən həyatlarına davam edirlər. Ayrıldıqdan sonra reaksiya vermirlər. Sanki heç bir şey olmamış kimi davranırlar. Qısa bir səyahət, dostlarla söhbət və yeni bir eşq onlara çox yaxşı gələcək.
Xərçəng bürcü
Bu bürcün nümayəndələrinin ruh halı dəyişkəndir. Ayrıldıqdan sonra güvəndikləri insanlarla danışırlar və baş verənləri danışarkən kədərlənirlər. Əsl dostdurlar. Bu səbəbdən də dostlarının dəstəyinə ehtiyac duyarlar. Uzun müddət heç kəsi öz həyatlarına qəbul etmirlər və heç kəsə etibar etmirlər. Keçmişi xatırlayaraq, şəkillərə baxaraq düşünürlər ki, bəlkə yenidən zəng edər. Ayrılıq onlar üçün çox çətin olur.
Şir bürcü
Ayrılıq dövrünü çox tez keçirirlər. Onlar xəyanəti və alçaldılmağı sevmirlər. Bəzi şir bürcü nümayəndləri isə uzun müddət depressiyada yaşayır, ayrılığı ölənə qədər qəbul edə bilmir, intiqam almaq istəyir. Bir şir bürcünü unutmaq çox çətindir.
Qız bürcü
İlk ayrılıq reaksiyası "Nə olar, mən bu əlaqəyə özümü həsr etmişəm, diqqətli olmuşam, nəyi qaçırmışam?" cümləsi olur. Əvvəlcə qarşısındakını, sonra özünü günahlandırır. Lakin gec də olsa, bu ayrılığı qəbul edir və həyata uyğunlaşır. Onun kədərləndiyi tez-tez hiss olunur. Ətrafındakılara kömək edərək ayrılıq ağrısını unutmağa çalışır.
Tərəzi bürcü
Bu bu bürcün nümayəndələri münasibət qurarkən ya da ayrılarkən mübahisələrə, münaqişələrə yol vermirlər. Ayrılıq reaksiyalarını ədalətli göstərməyə çalışırlar. Qərəzsiz düşünürlər. Yenidən sevmək, maraqlanmaq istəyirlər, həyat davam edir. Əgər həll oluna biləcək bir problem varsa, onlar əllərindən gələni edirlər, əgər həll olunmayacaqsa, öz yollarına davam edirlər. Ayrılığın acısını çəkməyin heç bir mənası olmadığını düşünürlər.
Əqrəb bürcü
Ayrılığa ilk reaksiyaları detektiv kimi izləmək, sonra nə baş verdiyini və sevgilisinin kiminlə görüşdüyünü öyrənməkdir. Bu vəziyyət illər boyu davam edə bilər. Onlar öz inadkarlıq xüsusiyyətləri ilə ayrılığı məğlubiyyət bilib, bunu qəbul etmirlər. Çətin anlar keçirirlər. Ayrılandan sonra çox sarsılırlar. Onlar heç vaxt bağışlamırlar, qisas planlarını həyata keçirmək üçün fürsət axtarırlar.
Oxatan bürcü
Ayrılıq sonrası qısa və ya uzun müddətli bir tətilə çıxırlar. Ətrafdan uzaqlaşmağa çalışırlar. Sanki heç nə olmamış kimi davranırlar, köhnə qaydaları yenisi ilə əvəz edirlər.
Oğlaq bürcü
Bu günə qədər niyə uğursuz əlaqə yaşadıqları barədə düşünürlər. Səbəb və nəticələr barədə düşünməyə başlayırlar. Mənfi və müsbət cəhətlərini ölçüb-biçdikdən sonra deyirlər ki “Bəli, ayrılmalıydıq, çünki ikimiz də bu münasibəti uğurla davam etdirə bilməzdik”. Oğlaq tərk edildiyi zaman çox inciyir, lakin həqiqəti qəbul edir və geriyə baxmadan yoluna davam edir. Dramatik yollardan istifadə etmir.
Dolça bürcü
Ayrılığa ilk reaksiyası normal olur. Dramatik insanlar deyillər, buna görə də ayrıldıqdan sonra qisas, nifrət kimi mənfi duyğular yaşamırlar. Çox vaxt tərk edilməkdənsə, tərk etməyi seçirlər. Başqalarının ayrılıq ağrılarını dərk edə bilmirlər. Onlar ayrılığı “Razılığa gələ bilmədikləri üçün masibətlərini bitirdilər” formasında düşünürlər.
Balıq bürcü
Ayrılıq dövrünü ən çətin keçirən bürc balıq bürcüdür. Normal hayata uyğunlaşmaları xeyli zaman alır. Xatirələr onları rahat buraxmır. Heç vaxt unuda bilmirlər. Unutmaq üçün fərqli yolları sınayırlar. Bəzən keçmişdəki partnyorlarını axtarıb təkrar-təkrar danışmaq istəyirlər. Dramatik sözləri ilə onları geri qaytarmağa çalışırlar.Keçmiş sevgililərinin yeni həyatını uzun müddət gizli izləyirlər. Həyata yenidən qayıdışı uzun zaman alır.
Oxşar xəbərlər
Bürclər depressiyaya düşəndə nə edir?
Hər bürcün özünəməxsus fərqlilikləri var. Bu onların gündəlik həyatını əhatə edən hər mövzuda özünü biruzə verir. Bu dəfə astroloqlar bürclərin depressiyada ola...