Bürclər depressiyaya düşəndə nə edir?
Hər bürcün özünəməxsus fərqlilikləri var. Bu onların gündəlik həyatını əhatə edən hər mövzuda özünü biruzə verir. Bu dəfə astroloqlar bürclərin depressiyada olarkən nə etdiyini araşdırıb.
BAKU.WS xarici KİV-ə istinadən həmin səbəbləri təqdim edir:
Qoç bürcü
Qoç bürcündən olan adamlar onlara qarşı maraq və diqqət azalanda artıq depressiyaya girir. Depressiyadaykən hər şeyə əsəbiləşir.
Buğa Bürcü
Bu bürcün nümayəndələri etdiklərinin səhv olduğunu anlayanda depressiyaya girirlər. Onlar depressiyadaykən sadəcə yemək istəyirlər.
Əkizlər bürcü
Əkizlər bürcündən olan adamlar qəlbləri sındığı zaman dərin depressiya yaaşyırlar. Onlar depressiyadaykən həm gülüb, həm də ağlayırlar.
Xərçəng bürcü
Bu bürcdən olanlar xarici görünüşə üstünlük verirlər. Onların xarici görünüşü xoşlarına gəlməyəndə depressiyaya girirlər. Xərçəng bürcü depressiyaya girəndə evdən çıxmaq istəmir.
Şir bürcü
Şir bürcü nümayəndələri palnladığı işlər yolunda getməyəndə depressiyaya düşür. Onlar belə olanda gizli, gözlərdən uzaq ağlamaq istəyirlər.
Qız bürcü
Bu bürcdən olan adamlar beynində müxtəlif senarilər qururlar. Həmin senarilər həytada alınmadıqda isə depressiyaya düşürlər. O depressiyada olsa da hər kəsə "Yaxşıyam" deyər.
Tərəzi bürcü
Tərəzi bürcünün nümayəndələri həyatının idarəsini itirəndə dəli olurlar. Bu onları depressiyaya salır. Bu zaman onlar ən çox sevdiyi mahnıya təkrar-təkrar qulaq asırlar.
Əqrəb bürcü
Bu bürcdən olanlar həyatı qorxusuz şəkildə yaşamağı sevirlər. Əgər qorxu həyatlarına girdisə bu onları depressiyaya düşməyə vadar edir. Əqərb bürcü depressiyya düşdüsə gecə boyu yata bilmir.
Oxatan bürcü
Uzun müddət tək qala biləcəkləri ehtimalı bu bürcün nümayəndələrini qorxuya salır. Bu səbəbdən depressiyaya düşən Oxatan bürcü özünü küçəyə atar və əylənməyə çalışar.
Oğlaq bürcü
Yaşlanmaq bu bürcü çox qorxudur. Bunun təbii bir proses olduğunu əsla qəbul edə bilmirlər. Həyatın bütün çətinliklərinə qalib gəlsə də, yaşlanma qorxusu onu depressiyaya salıb. Lakin depressiyada olan zaman heç nə hiss etməzlər.
Dolça bürcü
Dolça bürcündən olanlar səhvlərinin üzünə vurlumasını sevmirlər. Haqsız olduqlarını bilmək belə onları çox kədərləndirir. Özlərini müdafiə etmək üçün qarşılarındakı şəxsə hər şeyi izah etməyə çalışarlar. Bu uğuruz olduqda isə depressiyaya düşürlər. Dolça bürcü depressiyada olanda serial izləməyi üstün tutur.
Balıq bürcü
Bu bürcdən olanlar qan bağı qohumluğuna çox üstünlük verirlər. Ailədəki ən kiçik mübahisə belə onu depressiyaya sala bilər. Bu bürc depressiyaya düşəndə sadəcə xəyal qurar.
Oxşar xəbərlər
Bürclərə görə sevginin ömrü nə qədərdir?
Hər şeyin bir sonu olduğu kimi, sevginin də sonu var. Lakin insan sevəndə bir gün ayrıa bilər deyə heç vaxt düşünmür. Milyonlarla insan arasında yaşayan iki ruh...