Bu toyda Rihanna, Mark Zukerberq, Bill Qeyts, İvanka Tramp olacaq-2500 növ menyu hazırlanacaq - FOTO
Hindistanın ən varlı ailələrindən biri Mukeş Ambani martda 28 yaşlı oğlu Anant Ambaniyə təmtəraqlı toy edəcək.
BAKU.WS xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə əsasən, Anant böyük dərman şirkəti "Encore Healthcare"in rəhbərinin 29 yaşlı qızı Radhika Merçantla ailə quracaq.
Gələn ay təşkil ediləcək böyük parti üç gün davam edəcək. Burada bir çox dünya ulduzları, o cümlədən barbadoslu müğənni Rihanna yer alacaq.
Tanınmış simalar arasında Mark Zukerber, Bill Qeyts, İvanka Tramp da olacaqlar.
Mərasim zamanı məşhur illiuziyaçı David Blaine müxtəlif şoular göstərəcək.
Toy 3 hektar ərazidə baş tutacaq. Mərasimin keçiriləcəyi yer Asyanın ən böyük mano bağı hesab edilir.
Eyni yemək iki dəfə təqdim edilməsin deyə 2500 növ və çeşiddə menu hazırlanacaq.
Ambani 2018-ci ildə qızına da belə dəbdəbəli toy edib. Mərasimdə dünya ulduzlarından Beyons iştirak edib. O bu toy üçün 100 milyon dollar xərcləyib.
Hindistanda çox az sayda adam belə toy edə bilir. Artıq ölkədə hər il toylara 75 milyard dollardan çox pul xərcənir. Bununla da toy Hindistanın 4-cü ən böyük sənaye biznesinə çevrilib.
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...