Dünyanın ən varlı insanları kasıb olsaydı necə görünərdilər? - FOTOLAR

Dünyanın ən varlı insanları kasıb olsaydı necə görünərdilər? - FOTOLAR
Siyasət 232

Hindistanlı rəssam Qokul Pillai "Dünyanın ən zəngin insanları kasıb olsaydılar necə görünərdilər?" sualına cavab olaraq süni intellektdən istifadə etməklə milyarderləri yoxsullaşdırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, “Midjourney” adlı proqramdan istifadə edən Pillai gecəqondularda yaşayan yoxsullardan biri kimi Donald Tramp, İlon Mask, Mukeş Ambani, Mark Zuckerberq, Uarren Baffett, Bil Geyts və Ceff Bezosu təsvir edib.

Onun süni intellektlə çəkdiyi rəsmlər iki günə ərsəyə gəlib.

Sənətçi "Slumdog Millionaire" filmindən ilhamlanaraq fotolara "Slumdog Billionaires" adını verib.

Layihənin ən uğurlu rəsm əsəri Donald Tramp olub. Ağ köynəkli və dişləri olmayan Trampın indiki formasından uzaq olması sənətçiyə izləyicilərinin rəğbətini qazandırıb.

Hindistanlı milyarder Mukeş Ambani isə hər zamankı kostyumlu formasının əvəzinə köhnə, yuyulmamış böyük köynək və mavi şalvarda zibil qutusunun yanında təsvir edilib.

Paylaşımlarda Mark Zukerberq də olduqca kasıb və səfil halda əks olunub.

“SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask isə çirkli libasda sökük binanın qarşısında dayanıb.

ABŞ-li iş adamı Uorren Buffet önü açıq şalvarı, kirlənmiş köynəyilə hər zamankı halından uzaqdır.

Oxşar xəbərlər

İlon Mask və "The New York Times" arasında "mavi işarə" gərginliyi

İlon Mask və "The New York Times" arasında "mavi işarə" gərginliyi

"The New York Times", "təsdiqlənmiş hesabda" yəni "mavi işarə"nin qalması üçün pul ödəməyəcəyini elan etdikdən və İlon Maskın tənqidindən sonra tvitterdə "mavi...

82 Siyasət 13:46 03 aprel 2023

Son xəbərlər