Bu da Adnan Oktarın ilk ifadəsi
19
iyl
2018
11:56
Bir həftə öncə həbs edilən Adnan Oktarın ilk ifadəsini verib və sərbəst buraxılmasını tələb edib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil müşayiətilə ifadəsi alınan Oktar heç bir ittihamı qəbul etməyərək günahsız olduğunu bildirib."Ayda 3 min 500 TL-dən savayı gəlirim yoxdur. Əməkdaşlarım mənə tələ qurublar. Xarici səfərlərim Türkiyə əleyhinə deyil, tam əksinə Türkiyə lehinə aparılan danışıqlardır. Mən qanuna çərçivəsində xalqın içində yaşayan bir insanam. Millətin göz önündəyəm, TV-də çalışan bir şəxs kimi xalq məni görür və tanıyır. Getdiyim yerlər məlumdur. Gizli təşkilat lideri deyiləm. Dürüst insanlarla yaşamağı, dost olmağı sevən, dost çevrəsi olan bir insanam. İddiaları çirkin sayıram və qəbul etmirəm. Azyaşlı qızları evimə alaraq cinsi təcavüz etdiyimə dair iddiaları da qəbul etmirəm. Bu da böhtandır. İttihamda yazılıb ki, qız uşaqlarının ailələrinə 50 min TL verib onları almışam. Halbuki mən həyatımın hər mərhələsində diqqətli olduğum kimi, qız uşaqları mövzusunda da son dərəcə diqqətli davranaraq əlaqə quran bir adamam. Kiçik qız anası ilə birlikdə gəldi. Ancaq evə almadım, bağda görüşdük, geri göndərdim. Bu böhtanları qəbul etmirəm. Atatürkçü, millətçi bir insanam. Günahkar deyiləm və sərbəst buraxılmağı tələb edirəm”.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Adnan Oktarın evlənməyə hazırlaşdığı 15 yaşlı qız danışdı: Gecə saat 3-də...
Həbs edilən Adnan Oktarın cinayət işində zərərçəkmiş qismində ifadə verənlər arasında 15 yaşlı qız da var.BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə...