Adnan Oktarın evlənməyə hazırlaşdığı 15 yaşlı qız danışdı: Gecə saat 3-də...

Adnan Oktarın evlənməyə hazırlaşdığı 15 yaşlı qız danışdı:  Gecə saat 3-də...
Şou-biznes 5691
Həbs edilən Adnan Oktarın cinayət işində zərərçəkmiş qismində ifadə verənlər arasında 15 yaşlı qız da var.BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, A.Oktarın həbs xəbərini eşidər-eşitməz təyyarəyə minib İsveçrədən İstanbula gələn yeniyetmənin anlatdıqları müstəntiqləri belə dəhşətə gətirib.13 yaşındaykən Adnan Oktar tərəfindən təcavüzə uğrayan, bu gün 15 yaşında olan Serra M. Oktarın villasında yaşadıqlarını belə anladıb:“Anam Adnan Oktarla əlaqə quranda mənim 9-10 yaşım vardı. Gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan oyadaraq makiyaj edirdi, libas geyindirib onun olduğu yerə aparırdı. Yolda mənə "Sən az danışacaqsan. Adnan Oktar nə istərsə, onu edəcəksən. Oğlan dostunun olmadığını, atanla görüşmədiyini deyəcəksən. Ayağını ayağının üstünə aşırıb, dik oturacaqsan" və bu kimi tapşırıqlar verirdi. “Çengelköydəki hovuzlu evdə mənə hədiyyə aldığı dovşan, ceyran, quş və digər heyvanlar vardı. Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çoxları yaşayırdı. Ən kiçikləri mən idim. Diğər kişilərin mənə toxunması qadağan idi. Mən heyvanlarla oynayırdım. O, mənimlə səmimiyyət qurmağa çalışırdı. "Qulağıma nə istəyirsənsə söylə, pıçılda, "səni istəyirəm" və bu kimi ifadələ işlədirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyimi söyləməmi istəyirdi. Sinəm olmasa da, yanında dekolte geyinməliydim. Belə istəyirdi...Bir dəfə anamdan soruşurdu ki, artık Serrayı mənə verdinmi? Anam da verdiyini söylədi. Anam İsveçrəyə döndükdə hər kəsə deyir ki, qızım Mehdi Adnan Oktara ərə gedəcək. Kanala mənim fotolarımı qoyaraq, "Serra Adnan Oktar heyranıdır, 6 dil bilir" şəklində reklam edirdilər".Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər