Bəşərə sədd çəkilir: Putin təslim oldu
Putinin əmri ilə Rusiya ordu hissələri Suriyanın Xmeymim hava bazasını tərk etməyə başlayıb.
BAKU.WS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təyyarə bazasının şəxsi heyəti, əmlakı və avadanlığının hərbi-nəqliyyat təyyarələrinə yüklənməsi prosesi başlayıb, təyyarələr isə Rusiyadakı aerodromlara uçmağa hazırlanır.
"Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, - Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.
Amma Putinin gözlənilmədiyi bir anda belə bir qərar verməsi müxtəlif müzakirələrə səbəb olub. Ekspetlərin fikrincə, Putinin bu qərarı ölkə iqtisadiyyatı ilə bir başa bağlı ola bilər. Qərbin sanksiyaları ilə Rusiyanın itisadiyyatı demək olar ki, çökmüş durumdadır. Sanksiyaların uzadılması isə rəsmi Moskva üçün heç də uğurlu gələcək vəd etmir. Belə bir vəziyyətdə Suiryada hərbi əməliyyatlara külli miqdarda vəsaitin xərclənməsi ölkədə ciddi narazılığa səbəb olur.
Rəsmi Moskva Suriyada xərclədiyi məbləği açıqlamasa da, vəsaitin kifayət qədər yüksək olduğu bildirilir. Rusiya tərəfi bunu sirr adlandırsa da, "İHS” araşdırma mərkəzinin məlumatına görə, Kreml bir gündə Suriyadakı hərbi əməliyyatlara azı 2,4 milyon dollar sərf edir. Bununla belə, qeyri-rəsmi mənbələr Rusiyanın bu ölkədəki əməliyyatlara gündəlik real xərcinin 4 milyon dollara çatdığını bildiriblər.
Doğrudur Rusiyanın təxminən 60 milyardlıq hərbi büdcəsi fonunda bu o qədər də ciddi rəqəm olmasa da, gündən günə zəyifləyən iqtisadiyyat Putinin bu addımı atmasına səbəb ola bilər.
Başqa bir ehtimal Rusiyanın təzyiqlər qarşısında duruş gətirə bilmədiyi və geri çəkildiyi bildirilir. Qərb mənbələrinin bir neçə gün öncə yaydığı məlumata görə, Rusiya və Suriya hərbi birləşmələri koalisiya qüvvələri tərəfindən mühasirəyə alınaraq geri çəkilməyə məcbur edilib.
Amerika müxalifəti isə Putinin bu qərarını Rusiyanın yeni planı ilə əlaqələndirir. Müxalif senator Con Makkeyn Putinin yeni bir qanlı olay hazırladığını bildirib. Onun sözlərinə görə, Suriyadan çəkilən Rusiya qoşunları Ukraynaya yeridiləcək. "Ukraynanı qanlı bahar gözləyir”, - deyən Mak Keyn burada Rusiyanın Suriyada dəngələri dəyişməsinə səbəb olan əməliyyatlarına göz yuman Obama hakimiyyəti başda olmaqla, digər koalisiya qüvvələrinin də payı olduğuğunu iddia edir.
Putin-Əsəd müttəfiqliyinin pozulmasına gəlincə, Bəşər Əsəd Rusiya ilə aralarlnda fikir ayrılığı olması iddiasını rədd edib. Onun sözlərinə görə, bu qərar xeyli müddət əvvəl aparılan müzakirələrin nəticəsidir.
İstənilən halda Rusiyanın Suriyadan geri çəkilməsinin Bəşər Əsəd rejiminə uğurlu heç nə vəd etmir. Bu Suriyada Əsəd rejiminin sonu, yeni dönəmin başlanğıcı da ola bilər.
Zülfüqar
BAKU.WS
Oxşar xəbərlər
Putindən sürpriz qərar: qoşunlar geri çağırılır
Rusiya prezidenti Vladimir Putin rus əsgərlərinin Suriyadan çıxması üçün təlimat verib. BAKU.WS-in məlumatına görə, Kremldə xarici işlər naziri Serqey Lavrov...